AZ

Terrorçuluğun tarixi və təhlükəlilik dərəcəsi...

Dünya tam xaosa doğru gedir.Dəlilik  
dünyaya yayılıb,heç kəsə etibar yoxdur.”
Aleksandr Vuçiç, Serbiya prezidenti
 
Terrorçuluğun tarixi kökləri özündə zorakılığın müxtəlif formalarını  və müəyyən siyasi məqsədlərin həyata keçirilməsini şərtləndirən qədim dövrləri əhatə edir.Bu növ cinayətlərin erkən forması da,Qədim Dünyanın tarixinə-bizim eranın I əsrinə, Yəhudi təriqəti adı altında  Sikarilərə aid edilir. Amma, Terrorçuluq zorakılığın təbliği ideologiyası olaraq artıq 2 min ildir ki, bəşəriyyətə meydan oxuyur. Terrorçuluq termin kimi Fransada Nazirlər Kabinetini devirmək üçün birləşən Jandarmalar(Burjua ölkələrində siyasi mühafizə və inqilabi hərakata qarşı mübarizə üçün yaradılan xüsusi polis qoşunları) ilə Yakobinçilərin birgə yaratdığı Xalq Hərəkatı  formasında təşəkkül tapmışdı.  Həmin vaxtlardan başlayaraq terrorçuluq əhali arasında qorxu, vahimə və dəhşət yaratmaqla,bir növ  təhlükəlilik dərəcəsinin əsil  mahiyyətini ortalığa qoyub. Bu mənada terrorçuluq -  elə bir siyasətdir ki, sistematik(müəyyən sistem və plan üzrə qurulan fəaliyyət) olaraq siyasi rəqiblərini fiziki güc tətbiq etmək və ya öldürmək, habelə xalq kütləsini (əhalini) vahimədə və qorxu altında saxlamaq məqsədilə qarşıya qoyulan məqsədlərə nail olmaqdır. Terrorçuluq,qorxu, hədələmək və ya öldürməklə də başlaya bilər.
 
Tarixin digər mənbələrindən  bəlli olduğu kimi ilk terrorçuluq qruplaşdırması bizim eranın 60-70-ci illərində Radikal Yəhudi terror qrupu – Sikarilər təriqəti adı altında yaradılıb və əsas məqsəd yəhudi dövlətini romalılardan asılı olmayan bir dövlətə çevirməkdən ibarət olub. Sikarilər (Sikaki-lat. Sözüdür və xəncərlilər mənasını verir) əsasən Roma hakimiyyət nümayəndələrinə qarşı başlanan bir hücumun təşkili və onun icraya yetirilməsilə bağlı olmuşdur. Eramızın başlanğıcında Yəhudi xalqı böyük Roma imperiyasının əyaləti kimi Roma idarəçiliyindən çox əziyyət çəkib. Yəhudilər Roma imperatorlarının şərəfinə qurbanlar verməli və xəzinəyə böyük məbləğ ödəməli idilər. Bu mənada Romalılar yəhudilərin inanclarına da, nəzarət edir, hətta  kilsənin açarları da onlardan alınmışdı. Tədricən Yəhudilərin sırasında radikal mövqeyə malik qruplar -  Sikarilər “xəncərlilər” təriqəti peyda olundu. Radikal qruplar daha çox kütlənin içində hərəkətə keçməyə üstünlük verir və təhlükəli əməllərini törətdikdən sonra  dərhal hadisə yerindən uzaqlaşa bilirdilər. Bu, ”Xəncərlilər”in istəyinə uyğun səmərə verirdi. 
 
XI – XII əsrlərdə müasir İran və Suriya ərazilərində Assasinlər adlı (tarixdə İran və Suriyada Şiə müsəlmanlarının yaratdığı “Xaşxaşilər” adlı bir hərəkat, İranda Ələmut qalasında Həsən Sabbah tərəfindən  idarə edilib, fəaliyyətləri məqsədlərinə qarşı duranları  xəncərlə öldürməkdən ibarət olub.Hərakatın başçısı Həsən Sabbah  Nizari İsmaililər dövlətinin 1090-1124- cü illər ərzində ilk hökmdarı olmuşdur. Əsl adı Həsən ibn Əli ibn Məhəmməd əs-Sabahdır.) terror qrupları fəaliyyətə başladı. Həmin qruplar  gizlin fəaliyyət göstərdikləri üçün hakimiyyətə böyük problem yaradırdı.
 
XVIII əsrin sonlarında Fransız inqilabı siyasi təsir vasitəsi kimi “Yeni Dövrün”kütləvi terrorundan istifadəni nümayiş etdirdi.XX əsrin ortalarında tələbə inqilabı və radikal hərəkatın yaranması ilə sol terrorçuluq peyda oldu.
 
 Müasir-XXI əsrin terrorçuluğu isə qloballığı ilə xarakterizə olunur. Nüvə təhdidi, dini zəmində, KİV və müasir texnologiyalardan istifadə etməklə terrorçuluğun yayılması artıq adi hala çevrilib. Bura aiddir: 
 
1. Syasi məqsədlərin həyata keçirilməsi,yəni rejimin və siyasi sistemin dəyişdirilməsini şərtləndirən imkanlara nail olmaq-Siyasi  və Nüvə təhdidi altında Terrorçuluq və ya Beynəlxalq Terrorçuluq; ( izləyicilərə məlumat üçün:1996-1999-cu illərdə İsrailin həmin dövrün Baş naziri Natenyahu BMT-nin kürsüsündə çıxış edərək mərhum Səddam Hüseynin nüvə silahının əldə etməsinə çox yaxın olduğu barədə sadəlövh siyasi liderlərə məlumat verərək: ”Əgər qarşısı alınmazsa,İsraili məhv edəcək”,-demişdi.Bu günə qədər İslam dövlətlərində nüvə silahı axtarılır,amma tapılmasa da,”arzuolunmaz şəxslər”tapılır  və o dünyaya “Persona non qrata” olunur! Güclü dövlətlər bilə-bilə yalan və  böhtanla işlərini quracaqsa,növbəti hədəf kim və hansı dövlət olacaq?-sualını siyasi şərhçilər proqnoz edəcək,yəqin.)
2.Muxtariyyata  və ya milli müstəqilliyə nail olmaq məqsədi daşıyan Milli terrorçuluq;
3.Dini fanatizm üzərində qərar tutan və dini məqsədlərə nail olmağa səmtlənən Milli terrorçuluq;
4.Sol radikal qrupları tərəfindən inqilabi məqsədlərə nail olmaq üçün istifadə olunan Sol terrorçuluq;
5.Kriminal təşkilatlar tərəfindən  İqtisadi və ya siyasi məqsədlərə nail olmaq məqsədilə yaradılan Kriminal terrorçuluq.
Müasir terrorçuluq dünya ictimaiyyəti üçün çox ciddi təhlükə,insanların təhlükəsizliyi və dövlətin stabilliyi,onun demokratik və hüquqi əsası üçün də ciddi hədə,sosial həyatın bütün sahələrinə,dövləitn iqtisadi və siyasi əsasına yönələn xüsusilə ağır qəsddir.
Terrorçuluğun tarixinə nəzər yetirdikdə məlum olur ki,bu,bəşəriyyət üçün  vahimə və dəhşət yaradan xüsusilə ağır cinayət   həm də,Transmilli Mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növü,ağır fopma və vahimə miqyasına görə  qədim dövrlərdən təkamül etmişdir.Qlobal təhlükəsizliyin təmin olunması və mübarizənin səmərəliliyi  də, məhz onun qədim fopma və üsullarının diqqətlə nəzərdən keçirilməsindən asılıdır. 
 
 Terrorçuluq da bir siyasətdir.Lakin belə siyasət ümumi rifah və maraq,habelə vətəndaş həmrəyliyi  naminə yox,vahimə,qorxu ,dəhşət və təhlükəsizliyə qarşı sistemli bir fəaliyyət üzərində qurulan siyasi kursdur.Terror sözünün sinonimləri (Latın sözündən olan terror-”vahimə”,”dəhşət”)”zorakılıq”,”qorxutma”və “təhdid”sözləridir.Bu sözlər Böyük Fransız İnqilabından sonra(1789-1799) “Terror dövrü”nə xasdır.
 
Rusiyada terrorçuluğun aktiv fazası  isə II Aleksandrın dövrünə təsadüf edir. II Aleksandrın imperatorluğu dövründə ona dörd dəfə terror aktı törədilsə də, sui-qəsd baş tutmamışdı. Nəhayət, 1 mart 1881-ci ildə terrorçu Qrinevitskiy tərəfindən Çarın ayaqları altına atılan bomba ilə onun həyatına son qoyulmuşdu. 
Terror aktlarının miqyasına görə eskalasiyası XX əsrin ortalarına təsadüf edir.Bu dövrlərdə  bir çox tanınmış siyasi xadimlər qətlə yetirilmişdi. 1950-ci illərdən başlayaraq terror aktları istiqamətini hakimiyyət nümayəndələrindən kənara dəyişir. Qurbanlar sırasında dövlət, siyasi və ictimai xadimlər yox, sadə vətəndaşlar artıq yer tutdu. İctimai quruluş dəyişdikcə və dövlət üçün cəmiyyət ali dəyərə çevrildikcə bu növ mütəşəkkil cinayətkarlığın qəsd obyektləri də dəyişməyə başladi. Bununla da, terrorçular hakimiyyətə təsir edə bilmək imkanlarından yararlanmaq fürsəti əldə etdilər. Onlar,öz çirkin məqsədləri və maraqları naminə cəmiyyəti təhlükə altına qoyur, dövlət sütunlarına təsir edə biləcək yeni üsul və vasitələrə malik oldular. 
 
Cəzasızlıq mühiti Mütəşəkkil dəstə üzvlərini bir az da şirnikləndirdi.1933-cü ildən başlayaraq terrorçular artıq mülki aviasiya kompaniyalarına qarşı bəşəriyyəti vahiməyə salan  ictimai təhlükəsizlik əleyhinə xüsusilə ağır cinayətlərin sübyeklərinə çevrildilər .
 
Zamanında katolik və  ingilis ordusunun kapitanı Qay Foksun (1605-ci il kral I Yakovun dövrü) parlamentə qarşı terrorçuluğu “barıt ittihamı” kimi dəyərləndirilmişdi. İngiltərədə katolisizmi bərpa etmək məqsədilə kralın da olacağı parlament binası partladılmışdı. 
 
1973-cü ildə fransız aristokrat xanımı Şarlotta Korde  Yakobin klubunun sədri, Konvetin üzvü Yan Pol Maratı ləçəyinə bükdüyü mətbəx bıçağı ilə, ürək nahiyəsindən vuraraq qətlə yetirmişdi. İstintaq zamanı: “Mən insan yox, fransızları vəhşi kimi gəmirəcək bir vəhşi heyvan öldürmüşəm” – demişdi. 
 
1820-ci ildə İtaliyada milli dövlətin yaradılmasına cəhd edən təşkilatlar ortaya çıxdı. Siciliyada Burbonlar adı altında (13-cü əsrdə yaranan İtaliya,Fransa ,İspanıya  taxtına oturmuş sülalə)sülalə monarxiyası ilə mübarizədə bir mafioz qrupu təşəkkül tapdı. Ardınca ölkənin cənub regionunda İtaliyanın bütün ərazisi boyu şəbəkələnən terror qrupunun qardaşlığı əmələ gəlir. İlk zamanlar onun məqsədi sadə kəndliləri torpaq sahiblərinin hər cürə ağalığından qutarmaq olub.
 
 Həmin dövrlərdə terrorçuluq Fransada Avstriyada, Almaniyada yayılmağa başlayır.Fransa kralı Lui Filippinə qarşı sui-qəsd baş tutur. Bu qəsdlərdən biri 1835-ci ildə oldu, 18 nəfər qətlə yetirildi, 22 nəfər yaralandı. 1858-ci ildə İtaliyalı Feliçe Orsiqa III Napaleona qəsd etdi. 1854-cü ildə kiçik İtalyan dövləti  Parmın  hersoqu  qətlə yetirildi, III Ferdinanda qəsd oldu, 1856-cı ildə İspan kraliçası İzabellanın həyatına da qəsd edilmişdi.
 
1868-ci ildə Serb knyazı III Mixail Obrenoviç öldürüldü.  Prussiya kralı I Vilhelm və  alman kansleri Otto Bismark iki dəfə sui qəsdə məruz qaldılar. Terrrorçuluq taktikasına üstünlük verən siyasi hərəkatların dairəsi genişlənir. Artıq baş verənlər milli hərəkat yox, həm də, respublikaçılar, anarxistlər və digərləri də belə aktdan istifadə etməyə başladılar. Terrorçuluq ideologiyası formalaşırdı. XIX əsrin II yarısında terrorçuluq Rusiya imperiyasına daxil olur. 1880-1890-cı illərdə Avropa və ABŞ  terrorçuluğun “işıqlı” dövrünü yaşamağa başladı. 
 
Terrorçuluğun meydana gəlməsi və yayılmasına təsir edən  xarici faktorlar:                                                                                                                                   
 
a) Beynəlxalq terrorçuluq təşkilatlarının ölkənin ayrı-ayrı regionlarında yayılması cəhdi;                                                                                                                            b) Ölkə sərhədlərinin yaxınlığında terrorçu ocaqlarının fəallığı ;                                                                                                             
c) Xarici dövlətlər və düşərgələrdə Beynəlxalq terrorçu və ekstremist təşkilatlar üçün zəmin hazırlanması,bu məqsədlə təlimlərin keçirilməsi;                                        d) Terror və ekstremist təşkilatların beynəlxalq terror və ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilməsi (məs: Rusiyada fəaliyyətdə olan qruplar üçün) ;                e) Bəzi Xarici dövlətlərin antiterror fəaliyyətini həyata keçirmək, ölkəni və ölkədə olan müxalifəti zəiflətmək məqsədilə özünün siyasi -iqtisadi və ya sair təsir vasitələrinin marağında olan ölkənin ayrı-ayrı regionunda təşkil etmək;                                                                                                                                                      f) KİV və telekommunikasiya internet vasitəsilə terrorçuluq və ekstremizm ideyalarını yaymaq;
g) Terror subyektlərinin fəaliyyət  marağına uyğun öz “missiyalarını” KİV-də geniş işıqlandırmaq,ictimai rezonansa səbəb olacaq bir ovqat yaşatmaq;                            h) Beynəlxalq təşkilatlarda terrorçuluğu doğuran səbəbin müəyyən edilməsi, məsələnin həllinə birlikdə,eyni yanaşma nəticəsində terrorun yayılmasının qarşısının alınmasına nail olmaq, ikili standartlardan uzaq olmaq;                                                                                                                                                                                i)  Beynəlxalq və milli səviyyədə vahid antiterror informasiya məkanının olmaması;
                   
1888-ci ildə İslam fundamentalistlərinin internasional təşkilat Əl Kaidənin yaranması ilə bütün dünyada döyüş əməliyyatları həyata keçirilməyə başlanılır. Bu təşkilatın yaranması  və inkişafında ABŞ böyük rol oynadı. Məqsəd SSRİ-ni Əfqanıstanda sıxışdırmaqdan ibarət olub. Əl Kaidənin əsas məqsədi isə şəriətə əsaslanan islam qaydalarını müəyyən etmək idi. 
 
1988-ci ildə Ben Laden yəhudilərə, xaçpərəstlərə və xristianlara qarşı cihada başlamaq üçün islam cəbhəsi yaratdı. Əl Kaidədən başqa bu cəbhəyə Əlcəzair, Pakistan, Əfqanıstan, Kaşmir və digər terror təşkilatları islam dünyasının hər məkanına sirayət edə bilən bir birlik-təşkilat yarandı. (Əfqanıstanda, Əlcəzairdə, Çeçenistanda, Kosovoda, Pakistanda, Somalidə, Tacikistanda və  Yəməndə)
 
Müasir terrorçuluğun yaranma səbəbləri       
                    
Müasir dünyada terrorçuluğun yaranma səbəbləri müəyyən tarixi şərtlərlə - daxili iqtisadi, siyasi, sosial, millətlərarası və konfessional ziddiyyətlər (dini ziddiyyətlər),  ümumi xarakter daşıyan xarici faktorlar – həmçinin dünya ictimaiyyəti üçün, terror hədələrinin olması,daha və ən mühümü isə terror qruplarına havadarlıq edən  dövlətlərin sponsorluğu ilə bağlıdır. Maliyyə imkanları məhdud qruplar insanlığa zidd əməllərini həyata keçirə bilməzlər!
Daxili faktorlar terrorun yaranması və yayılmasını şərtləndirən, onun səbəb və şəraitinə imkan verən cəhətləri ehtiva edir:
 
a) Etnik qruplar və Konfessionlar arası (dinlərarası) və sair sosial ziddiyətlər ;                                                                                       
b) Ekstremist ruhlu şəxslərin və birliyin fəaliyyəti üçün mövcud şərait;                                                                                                                                                   
c) Terrorçuluğa qarşı hüquq-mühafizə orqanlarının, inzibati-hüquqi səlahiyyətlərə malik təşkilatların fəaliyyət istiqamətlərini səmərəli həyata keçirə bilməməsi;            d) Radikal ideyaların, zorakılığın və amansızlığın vahid informasiya məkanında yayılmasına lazımi nəzarətin olmaması;                                                                        e) Korrupsiya və mütəşəkkil cinayətkarlığa, qanunsuz silah alverinə, sursat və partlayıcı maddələrin dövriyyəsinə qarşı mübarizənin zəifliyi ;                                                                                                          
İkinci dünya müharibəsindən sonra Qərbdə “sol” terrorçuluq tarixin aydın hadisəsinə çevrildi. Bu hadisə İspaniyanı, Portuqaliya,Fransa, İtaliya, AFR, Yaponiya və  ABŞ-ı əhatə etdi. Sol radikal terrorun  yadda qalan hücumu İspaniya, İtaliya və AFR-də yaşandı.
 
1960-cı illərdə sol terrorçuluğun(movcud sosial iyerarxiyanı-təbəqələşməni məhv etmək istəyən siyasi mövqe.Bir az da ətraflı yazsam ,Fransa burjua inqilabından sonra Parlamentin müzakirə etdiyi məsələlərdən biri  kralın nə qədər gücə malik olması məsələsi idi. Yəni Kral veto hüququna  malik olmalıdırmı? Müzakirə zamanı kralın mütləq veto qoyması lazım olduğunu düşünənlər Spikerin sağında,əksini deyənlər isə -daha radikal baxışa sahib olanlar Spikerin solunda oturanlar idi.Siyasi ənənəyə sadiq olanlar sağda,daha çox siyasi dəyişikliyə meyilli olanlar isə solda olanlar sayılırdı) yeni cəbhəsi Latın Amerikasında açıldı. Kubada baş verən inqilab sanki bu cəbhənin inkişafına  impuls verən faktorlara zəmin yaratdı. Spesfik şərait Türkiyədə - Avropa və Asiya sərhədində yaşandı. Kürd separatistləri burada həm “sağ” , həm də “sol” terror təşkilatları olaraq hərəkətə keçdilər. 
 
1960-cı ildə XIX əsrin başlanğıcına qədər şərq terrorçuluğun yayılma sahəsi dinamik olaraq genişləndi. XX əsrdə terrorun Şərqdə artımı Fələstin problemi ilə sıx bağlı idi . 
 
İlk növbədə;                                                                                                                                                                                                     
-Fələstin Milli Azadlıq Təşkilatı (Münəzzəmət əl-Təhrir əl Filəstiniyyət) Ərəb Birliyi vasitəsilə 1964-cü  ildə yaranıb.(FAT-nı terror təşkilatı adlandırılırdı) Bu təşkilat Fələstinin azadlığı uğrunda Qəzza və İordan çayının qərb sahili üzərində  fəaliyyət göstərib.15 noyabr 1988-ci ildə rəsmi olaraq de-yure süveren Fələstin dövləti elan olunub və şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilini və Qəzza zolağını öz ərazisi hesab edib.BMT-nin 141 üzvü tərəfindən tanınır.(1967-ci il müharibəsindən sonra) 1947-ci ildə BMT özünün bölünmə planı əsasında Fələstini iki dövlətə-yəhudi və ərəb dövlətlərinə bölməyi təklif etdi.Yəhudilər planı qəbul etsələr də,Ərəb ölkələri planı rədd etdilər və 1948-ci ildə İsrail dövləti elan edildi.Ərəb ölkələri isə İsrailə qarşı müharibəyə başladılar.                                                                                                                                                                       
1970-ci ildə qərb dünyası terror hücumlarının pik həddini yaşadı. Həmin vaxtda beynəlxalq terrorçuluq sistemi də artıq formalaşır, niyyət qərbi destabilləşdirmək olub. 
 
İkinci dünya müharibəsi terrorçuluğun inkişafına növbəti bir mərhələ yaşatdı. 1939-cu illərdə terrorun istiqamət aldığı obyektlər və qurbanları sırasında hakimiyyət nümayəndələri , hərbçilər və rejim ilə əməkdaşlıq edən şəxslər var idi. Dinc əhali hədəfə alınmazdı. ABŞ-ın 1945-ci ildə nüvə bombasını Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində sınaqdan keçirməklə dinc əhalini bilə-bilə hədəfə alması qlobal miqyasda insan həyatına olan terror kimi dəyərləndirilməlidir.Həmin vaxtdan uzun illər ötsə də,bu əməl İnsanlıq əleyhinə olan ən ağır cinayət kimi bəzi dövlətlərin bəşəriyyətə olan  münasibətini dəyişdirdi. Hazırda dünya alimləri-kriminoloq və sosioloqlar tərəfindən müasir terrorizmin nəzəriyyəsi və praktikasının formalaşdırılması sahəsində ciddi işlər gedir. Diqqət çəkən bir faktor da var – Terror əməllərinin  təşkilatçıları, bəşəriyyətin təhlükəsizliyinə qarşı olanlar amansız niyyətlərini onlara  sponsorluq edən dövlətlərin dəstəyilə  işini görür. 
 
“Məşhur” terrorçu Usamə Bin Laden məhz elə guya terrora qarşı olan dövlətlər tərəfindən dəstək və silah-sursatla təchiz edilirdi. Əfqanıstanda həyata keçirilən vahiməli əməllərlə bağlı müvafiq tapşırıqlar alan  Usamə Bin Laden əlindəki silahla ABŞ-a üz tutduqdan sonra təhlükəli və hiyləgər düşmən kimi təqib olunaraq məhv edildi. 
 
Şamil Basayev Amerikada beynəlxalq terrorçular siyahısına salınmışdı, televiziyalar ona efir vaxtı ayırırdı (2005-ci il) və o, beynəlxalq terrorçu  kim çəkinmədən Rusiyada terror  həyata keçirəcəyi barədə danışır, terroru təbliğ edirdi...
 
Beləliklə terrorçuluq- beynəlxalq normalarla cəza təhdidi altında qadağan edilən ictimai təhlükəli əməl ,Mütəşəkkil, habelə Transmilli Mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növlərindən biri kimi XXI əsrdə dövlətlərin qarşıya qoyduğu daxili və xarici siyasətinin,daxili və xarici funksiyalarının  həyata keçirilməsi sahəsində milli, regional və bəşəri problemin həlli sahəsində qərar qəbul edilməsinə mane olur. Aparılan tədqiqat və digər araşdırmalar belə nəticəyə gəlməyə əsas verir ki, terror üzərində nəzarət elmi və praktik əsaslara söykənməli ,bu cinayətlərin qarşısını almaq üçün kompleks maarifləndirmə və profilaktik əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilməli,ən mühümü isə terrorçuluğu doğuran səbəb və şaraitə qarşı sistemli mübarizə aparılmalı,ona  dəstək verən dövlətlər cəzlandırılmalıdır!
 
“Polisə Dəstək”ictimai birliyin sədri 
 Şəmsəddin Əliyev
Seçilən
48
1
moderator.az

10Mənbələr