AZ

“Paşinyan öz istəyinə nail olacaq” – Politoloq

Ermənistanda nə baş verir? Artıq bir müddətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyanla kilsə arasında ciddi qalmaqal yaşanır. Bunun ardınca Ermənistan Apostol Kilsəsinin rəhbəri Katolikos II Qaregin və tərəfdarları haqqlnda araşdırma aparıldı. İki gün öncə isə İrəvanda kütləvi həbslər başladı. Bu həbslər zamanı Ermənistan Apostol Kilsəsinin bir neçə əməkdaşı da dövlət çevirilişində ittiham edilərək həbs edildi.

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında Ermənistanda baş verənlər hakimiyyət ugrunda savaş kimi dəyərləndirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Ermənistanda kilsə ilə baş nazir Nikol Paşinyan arasında yaranan qalmaqalın əsas səbəbi siyasi və ideoloji fikir ayrılıqlarıdır. Bu gərginlik İkinci Qarabağ müharibəsindən sonra daha da dərinləşib və Erməni Apostol Kilsəsinin Paşinyanın siyasətinə, xüsusən də Azərbaycanla münasibətlərin normallaşmasına dair mövqeyinə etiraz etməsi ilə əlaqəlidir. Kilsə “Daşnaksütyün”nun ideyaları təbliğ edir. Bu isə qonşuluq prinspilərinə ziddir. Erməni Apostol Kilsəsi tarixən ölkənin siyasi həyatında mühüm rol oynamışdır. Baş nazir Paşinyanın Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra yürütdüyü siyasət, o cümlədən Azərbaycanla sülh prosesi və sərhəd demarkasiyası, kilsə tərəfindən sərt tənqid olunur. Kilsə nümayəndələri, xüsusən də arxiyepiskop Baqrat Qalstanyan, Paşinyanın istefasını tələb edən etiraz aksiyalarına rəhbərlik ediblər. Kilsə Paşinyanı “vətənpərvər olmayan” siyasət yürütməkdə və milli maraqları zədələməkdə ittiham edir.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, bu gün Başkilsə – Eçmiədzin kompleksində hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar və arxiyepiskop Mikael Acapaxyanın saxlanılması kilsə rəhbərliyinə Paşinyanın cavabıdır.

“Paşinyan hökuməti öz növbəsində kilsənin siyasi təsirini azaltmağa çalışır. Paşinyan dəfələrlə kilsənin siyasi fəaliyyətlə məşğul olduğunu və dini dəyərlərdən uzaqlaşdığını iddia edib. Hətta bəzi kilsələrin vəziyyəti, onların “tikinti tullantıları anbarı kimi” istifadə olunması barədə sərt açıqlamalar verib. O, həmçinin kilsənin vergilərə cəlb edilməsinin vacibliyini vurğulayıb. Bir sözlə Paşinyan ona siyasətində maneə olan qüvvələri bir- bir sıradan çıxarmaqla öz istəyinə nail olmaq istəyir. Hesab edirəm ki, Paşinyan istəyinə nail olacaq”.– deyə Arzuman Muradlı bildirib.

Seçilən
21
50
moderator.az

10Mənbələr