Bakı.Trend:
Qərbin Azərbaycan və Ermənistan məsələlərindəki fərqliyanaşmaları uzun müddətdir ki, regionda ciddi müzakirəmövzusudur.
Bunu Trend-əaçıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Azərbaycanda baş verən hər hansı kiçikhadisə ilə bağlı məsələ dərhal Qərb institutlarının, o cümlədən,Avropa Şurası (AŞ), ATƏT, "Amnesty International" kimitəşkilatların diqqət mərkəzinə düşür, bu qurumlar adətən sürətləbəyanatlar yayır, "tənqidlər" səsləndirirlər:
“Lakin Ermənistanda baş verən oxşar, hətta daha ağır hadisələr –məsələn, etirazçılara qarşı polis zorakılığı, seçki saxtakarlıqlarıvə ya siyasi məhbuslarla bağlı problemlər – çox vaxt ya görməzdəngəlinir, ya da yumşaq şəkildə qeyd olunur. Bu, Qərbin regiondaikili standartlar tətbiq etdiyi təəssüratı yaradır.
Bu fərqli davranışın kökləri bir neçə amildə axtarılmalıdır.Birincisi, Ermənistan Qərb tərəfindən “dost ölkə” kimi qəbul edilirvə geosiyasi maraqlar baxımından Rusiyaya alternativ kimidəstəklənir. Azərbaycan isə neft-qaz resurslarına malik olması vəmüstəqil xarici siyasət yürütməsi səbəbindən daha çox təzyiqaltında saxlanılır. Qərb institutları Azərbaycanı hədəfə gətirərək,öz dəyərlərini regionda tətbiq etməyə çalışır. Lakin Ermənistandakıantidemokratik təcrübələrə göz yumulması bu təşkilatlarınetibarlılığına xələl gətirir. Məsələn, Ermənistanda 2020-ci ildənbəri etirazçılara qarşı tətbiq olunan zorakılıq və ya jurnalistlərəqarşı təzyiqlər nadir hallarda beynəlxalq təşkilatların gündəminədüşür”.
“Bundan əlavə, Qərbin Ermənistana dəstəyi tarixi və mədəniamillərlə də bağlıdır. Ermənistan diasporasının Qərb ölkələrindəkigüclü lobbi fəaliyyəti bu ölkəyə qarşı daha yumşaq mövqeyişərtləndirir. 44 günlük müharibədən sonra Azərbaycanın haqlımövqeyi belə Qərbin bəzi dairələrində tənqid olundu, Ermənistanınisə işğalçı siyasəti çox vaxt pərdə arxasında qaldı.
Bu ikili standartlar regionda Qərb institutlarının nüfuzunakölgə salır. Azərbaycan cəmiyyətində bu təşkilatlara inam tamazalır, çünki onların obyektivliyi şübhə altına düşür. Ermənistandabaş verən insan hüquqları pozuntularına susqunluq isə Qərbinregionda geosiyasi maraqlarını demokratik dəyərlərdən üstüntutduğunu göstərir. Bu vəziyyət Azərbaycanın xarici siyasətindədaha müstəqil mövqe tutmasına səbəb olur, eyni zamanda, regionölkələri arasında ədalətsiz rəqabət mühiti yaradır. Nəticədə, Qərbtəşkilatlarının regionda sülh və sabitliyə töhfə vermək əvəzinə,onların fəaliyyəti daha çox gərginlik və qeyri-bərabərlik hissidoğurur”, - T.İsmayılov deyib.
Politoloq İ.Hüseynov isə Trend-ə bildirib ki, dünya siyasətində qərəzlilik vəikili standartlar özünü açıq-aydın şəkildə göstərir:
“Ermənistana münasibətdə də bu görünür. Xüsusilə 2018-ci ildənbəri hakimiyyətdə olan Nikol Paşinyanın ölkə daxilində həyatakeçirdiyi kəskin və sərt siyasət qərb mediasında əks olunmur, ya dabuna göz yumulur. Bu da ikili standartın bir göstəricisidir. Digərdövlətlərdə kiçik bir hadisə tirajlanır, manşetlərə çıxır və genişmüzakirə predmetinə çevrilir. Lakin biz Ermənistanda müxtəlifnümayişlərin kəskin şəkildə polis amansızlığı və şiddəti iləyatırılmasının ayrı-ayrı media orqanlarında işıqlandırılmasınınşahidi olmuruq. Bu da onu deməyə əsas verir ki, bu gün media böyükbir gücə çevrilib.
Böyük media orqanlarının özlərinin siyasəti formalaşdırması,dirijorluq etməsi, yön göstərməsi xüsusilə seçilir. İnformasiya,dördüncü sənaye inqilabı, sosial şəbəkələr fenomeni kontekstindəhəm də müxtəlif dövlətlərin himayə edilməsi, dəstək göstərilməsi vəəksi olaraq ayrı-ayrı dövlətlərdə xırda bir hadisənin şişirdilərək,təqdim edilməsi prosesi baş verir”.
“Azərbaycan ikili standartları üzərində ən çox görəndövlətlərdən biridir. Buna görə də məhz elə Azərbaycan kimidövlətlərə böyüdücü şüşə altında baxırlar və adi neqativ məsələlərişişirtməyə can atırlar. Ermənistan isə himayə olunur, dəstək alır.Bu da, əlbəttə ki, informasiya müharibəsində Azərbaycanın əleyhinəişləyən amildir. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altındaAzərbaycan informasiya blokadasını yarıb və bir sıra mövqelərdə dəüstünlük əldə edib. Hesab edirəm ki, postmüharibə reallıqlarında daAzərbaycan informasiya cəbhəsində öndə olmalı, prosesləriqabaqlamalı, preventiv tədbirlər həyata keçirməlidir ki, bizə qarşıhansısa kəskin mövqe formalaşmasın”.