AZ

Tramp təhqir etdi, İran hədələdi

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

“Mən bilirdim ki, o harada gizlənir. Amma İsrailin və ABŞ-nin hərbi hava qüvvələrinə onu vurmaları üçün icazə vermədim. Mən onu eybəcər və biabırçı ölümdən xilas etdim. O mənə “Çox sağ ol, prezident Tramp” deməlidir”,- ABŞ prezidenti yazıb. Trampın sözlərinə görə, İsrail böyük təyyarə qrupu ilə Tehrana həlledici son zərbəni endirmək istəyirmiş. Bu zərbə böyük dağıntı və tələfatlara səbəb olacaqmış. Amma o imkan verməyib. Tramp onu da vurğulayıb ki, Xamneyinin xalqa qəzəb və nifrət dolu müraciətindən sonra ABŞ İrana qarşı sanksiyaları yumşaltmaq niyyətindən vaz keçib. İranın xarici işlər naziri Abbas Ərağçı isə “X” hesabında bildirib ki, əgər Tramp həqiqətən də İranla sövdələşmək istəyirsə, onda ali dini rəhbərlə bağlı hörmətsizliyə yol verməməlidir. “İranın böyük və qüdrətli xalqı göstərdi ki, İsrail rejiminin bizim raketlərin qarşısında “dədə”sinin yanına qaçmaqdan başqa yolu yoxdur. Bu xalq hədə və təhqirlərə sakit yanaşa bilməz. Əgər illüziyalar daha pis səhvlərə aparıb çıxarsa, İran əsl gücünü göstərməkdən çəkinməyəcək”, - Ərağçı yazıb. Samir Quliyev

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
50
azvision.az

10Mənbələr