Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların üçüncü raundunu İstanbulda keçirməyə hazır olduqlarını, lakin tərəflərin təqdim etdiyi memorandumların bir-birinə zidd olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rusiya prezidenti iyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar nəticəsində 6 min Ukrayna əsgərinin dondurulmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərin və 25 yaşınadək əsir götürülən əsgərlərin dəyişdirilməsi ilə bağlı razılaşmaların əldə edildiyini xatırladıb.