AZ

Kürdəmirdə qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
 
Bildirilir ki, rayonun Şilyan kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Abdulağa oğlu Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Mahir qızı Abdulovanı bıçaqlayaraq öldürüb.
 
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qadının meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
 
Qətlin səbəbləri araşdırılır.
Seçilən
30
26
moderator.az

10Mənbələr