AZ

Mourinyo onu "Fənərbağça"da görmək istəyir

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo müdafiə xəttini gücləndirmək üçün təcrübəli futbolçu Kayl Uokerin transferini nəzərdən keçirir.

90deqiqe.Az-ın “A Spor”a istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis 35 yaşlı futbolçunu oyun fəlsəfəsinə uyğun əsas fiqurlardan biri kimi görür. Mourinyo ingiltərəlini həm üçlü müdafiə sistemində sağ mərkəz müdafiəçisi, həm də ehtiyac yarandıqda cinahdan hücuma qoşulan lateral kimi oynaya biləcəyini düşünür.

Mütəxəssisin fikrincə, bu cür universallığa malik oyunçu “Fənərbağça”nın cinah oyununa çeviklik qazandıracaq.

Seçilən
6
19
90deqiqe.az

10Mənbələr