AZ

Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb

Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, iyunun 24-də avtomobil Naxçıvan şəhərində yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu vurmuşdu.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən velosipedçi vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
2
report.az

6Mənbələr