AZ

Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...

Xocavənd rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 3 960 539 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, işləri “Harmony İndustrial Construction and Engineering Group” MMC görəcək.

 

“Azərişıq” ASC MMC ilə müqavilə bağlayıb.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur. Şirkət ASC-nin bir neçə iri məbləğli tenderlərinin qalibi olub.

 

Cabir

Tarix: 1 İyul 2025, 08:25   
Seçilən
32
14
pravda.az

10Mənbələr