AZ

Türkiyədə Məhəmməd peyğəmbərin karikaturasına görə cinayət işi açılıb

Türkiyənin İstanbul Baş Prokurorluğu satirik Leman jurnalında Məhəmməd peyğəmbərin təsvir olunduğu karikatura ilə bağlı cinayət işi açıb, dövlət telekanalı TRT bazar ertəsi məlumat verib.

Karikaturanın müəllifi saxlanılıb, redaksiyanın dörd əməkdaşı barəsində həbs qərarı çıxarılıb.

Ədliyyə naziri Yılmaz Tunç bildirib ki, istintaq Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən – dini dəyərlərin təhqiri və nifrətə təhrik maddəsi üzrə aparılır.

“Azadlıq heç kəsə müqəddəslərə qarşı bu cür iyrənc şəkildə məsxərə etməyə haqq vermir,” – Tunç sosial şəbəkədə yazıb. O əlavə edib ki, Məhəmməd peyğəmbərin karikaturası təkcə dini dəyərlərə deyil, ictimai asayişə də zərər verir.

Jurnal 26 iyun tarixində həm Məhəmməd, həm də Musa peyğəmbərlərin karikaturasını dərc edib. Türkiyə rəsmiləri bu addımı qınayıb.

N.Təbrizli

Seçilən
14
4
anews.az

10Mənbələr