Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb.
“Report"un Qarabağ bürosunun məlumatına görə, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar.
Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, onlarla azərbaycanlı həbs edilib.
***09:58
Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovlarla Ağcabədidə vida mərasimi keçirilir.
Demokrat.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, vida mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, mərhumların yaxınları, rayon ictimaiyyəti iştirak edir.
Səfərov qardaşları vida mərasimindən sonra dəfn olunacaq.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.



10Mənbələr
-
musavat.comSəfərov qardaşlarını AZAL təyyarəsi kimi vurublar!!! ( 18819115)
-
news24.azYekaterinburq hadisələrindən son xəbər: onlarla azərbaycanlı… – FOTO ( 18805402)
-
sia.azZiyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb - qabırğanın biri tapılmayıb ( 18806023)
-
xezerxeber.az"Çox maraqlıdır ki, bu cür ölümə həmin səbəbi göstərəndə o ekspert nə fikirləşib?" ( 18806002)
-
news24.azYekaterinburq hadisələrindən son xəbər: onlarla azərbaycanlı… FOTO ( 18805414)
-
ucnoqta.azEkspertizanın rəyi açıqlandı ( 18804982)
-
referans.azRusiyada qətlə yetirilən qardaşlar dəfn edildi - YENİLƏNİB - FOTO ( 18804907)
-
sia.azYekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar - YENİLƏNİB - 2 ( 18802936)
-
anews.azYekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib ( 18806011)
-
1news.azAğcabədidə Ziyəddin və Hüseyn Səfərovlarla vida mərasimi başlayıb - YENİLƏNİB ( 18802738)