AZ

Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar YENİLƏNİB 2

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ağcabədi, 1 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Yekaterinburqda öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları Ağcabədidə dəfn olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səfərov qardaşları valideynlərinin dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılıblar.

10:25

Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində ölən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

08:40

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri səhər saatlarında dəfn üçün Ağcabədi rayonuna gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub.

"Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
34
azertag.az

10Mənbələr