Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri, Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, B. Səfərov barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsimə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta