AZ

Tramp Netanyahunu Ağ Evdə qəbul edəcək

ABŞ prezidenti Donald Tramp iyulun 7-də Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul etməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə  Reuters agentliyinə adının açıqlanmayan ABŞ rəsmisi məlumat verib.

İyunun 30-da jurnalistlərlə keçirdiyi brifinq zamanı Ağ Evin mətbuat katibi Karolin Levitt İsrailin baş naziri Benyamin Netanyahunun baş müşaviri Ron Dermerin bu həftə ABŞ administrasiyasının rəsmiləri ilə görüşmək üçün Vaşinqtonda olduğunu açıqlayıb.

Levitt jurnalistlərə açıqlamasında Tramp administrasiyasının İsrail hökuməti ilə daimi təmasda olduğunu, Trampın Qəzzada müharibənin dayandırılmasını və Fələstin HƏMAS-ın saxladığı qalan girovların geri qaytarılmasını prioritet hesab etdiyini qeyd edib.

Vaşinqtonda adı açıqlanmayan İsrail rəsmisi də iyulun 7-də keçirilən görüşü təsdiqləyib. Rəsmi əlavə edib ki, iki lider İran, Qəzza, Suriya və digər regional problemləri müzakirə edəcək.

İsrail iyunun 30-da Qəzza zolağının şimalına hücumlarını gücləndirib.Cəmi bir gün əvvəl Tramp sosial şəbəkədə “Qəzzada razılaşma əldə edin və girovları qaytarın” deyə tvit yazaraq 20 aylıq müharibəni dayandırmağa çağırıb.

Qəzza zolağının Səhiyyə Nazirliyi İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təcavüzü nəticəsində ölənlərin sayının 56 min 500, yaralıların sayının isə 133 min 419 nəfərə çatdığını açıqlayıb.

Fələstinin HƏMAS hərəkatının yaraqlılarının 1200-ə yaxın insanın ölümü və 250-yə yaxın insanın əsir götürülməsi ilə nəticələnən işğalına cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayıb.

Seçilən
32
50
veteninfo.az

10Mənbələr