AZ

“Türk axını” ilə Avropaya qaz nəqli kəskin artıb

2025-ci ilin yanvar-iyun ayları ərzində “Türk axını” qaz kəməri ilə Avropa İttifaqına (Aİ) qaz nəqli kəskin artıb.

Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatlarına istinadən yazıb.

Yanacağın ixracı illik müqayisədə 7 faiz artaraq 8,3 milyard kubmetrə çatıb. Yanvar və fevral aylarında tədarüklər rekord həddə - 50,2 və 55,4 milyon kubmetrə çatıb.

Yazda daşımaların səviyyəsi martda 45,3 milyon kubmetrə (mənfi 2 faiz), apreldə 41,6 milyon kubmetrə (müsbət 2 faiz), mayda isə 45,9 (mənfi 2 faiz) düşüb. Qaz kəmərinin planlı təmirə dayandırıldığı iyun ayında gündəlik ixrac 37,1 milyon kubmetr təşkil edib.

Hazırda “Türk axını” Rusiyadan Aİ-yə qaz ixracı üçün yeganə aktiv marşrutdur. Gücü ildə 32,9 milyard kubmetr olan Yamal-Avropa qaz kəməri 2021-ci ilin sonundan, illik gücü 55 milyard kubmetr olan “ Şimal axını” 2022-ci ilin avqustundan dayandırılıb və analoji gücə malik “Şimal axını 2” işə salınmayıb. Ukraynanın qaz nəqli sistemi ilə qaz nəqli 2025-ci il yanvarın 1-də qarşı tərəfin tranzit müqaviləsini uzatmaq istəməməsi səbəbindən dayandırılıb.

Bildirilir ki, təchizat həcmlərinin azalması qazın qiymətinin qalxması fonunda baş verir. Qışda Avropanın spot bazarında qiymətlər min kubmetr üçün 500-600 dollara qalxdı ki, bu da Rusiyadan qaz idxalını cəlbedici edib.

Seçilən
17
22
publika.az

10Mənbələr