AZ

"Media haqqında" qanunun dəyişdirilməsinin səbəbi məlum oldu

BAKI, 2 iyul. TELEQRAF

Azərbaycanda "Media haqqında" Qanuna əlavə və dəyişikliklər edilir.

Teleqraf xəbər verir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub.

Qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilmiş, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilmişdir.

Qanuna təklif edilən dəyişikliyəəsasən isə media sahəsində fəaliyyət göstərən xaricihüquqi şəxsin Azərbaycan Respublikasındakı filial vənümayəndəliyi də media subyekti hesab ediləcək.

Bildirilib ki, Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahatedən məsələlərdən biri də informasiya məkanında mənbəyibilinməyən, saxta məlumatların yayılması, bu cürmanipulyativ məzmunun sosial şəbəkələrin təsiri altındamedia subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlifmedia kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyəninformasiyanın ötürülməsidir.

Vurğulanır ki, Ciddi sosial sifarişi nəzərəalaraq, həm informasiya mühitinin çirklənməsinə səbəbolan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxtaxəbərlərlə mübarizə metodlarını gücləndirməkməqsədilə “Media haqqında” Qanuna dəyişikliklərinedilməsi təklif olunur.

Qanunun informasiyaya dairtələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatlarındərc edilməsinə (yayımlanmasına) yol verilməməsinədair normanın əlavə edilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilir ki, saxta xəbərlərlə mübarizəistiqamətində oxşar təcrübə Türkiyənin qanunvericiliyindəmövcuddur.

Belə ki, internet mediasını dövri nəşrin əhatədairəsinə daxil edən və media tərəfindən şərti olaraq“Dezinformasiya ilə mübarizə qanunu” adlandırılan layihəTürkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilmişdir.

Bildirilir ki, Media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşıcəmiyyət dövlətdən daha ciddi addımlar atılmasınıgözləyir. Bu tələbi və dövlətin informasiya təhlükəsizliyiprinsiplərini əsas götürərək qanuna edilən dəyişiklərləMedianın İnkişafı Agentliyinin informasiya mühitininçirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyitəmin ediləcəkdir.

Media subyektlərinin, xüsusilə əsas informasiya mənbəyiolan informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirməkvə stimullaşdırmaq üçün günün reallıqlarına uyğunstandartların tətbiqi tələb olunur. Məlumat mübadiləsindəaçar rolunu oynayan və buna görə də, xüsusi çəkisi olaninformasiya agentlikləri sadəcə mövcud olduğu sərhədlərdaxilində deyil, bütün dünyada ölkə mediasının simasını vətəsir dairəsini müəyyənləşdirir. Bu baxımdan informasiyaagentliklərinin inkişaf etdirilməsi dövlətin media siyasətininəsas istiqamətlərindəndir. Qanuna təklif edilən dəyişikliyəəsasən informasiya agentliyinin azı 20 media subyekti iləməlumat verilməsi (əldə edilməsi) haqqında müqaviləsiolmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləviinformasiyanın ümumi həcminin azı 80 faizi özü tərəfindənistehsal edilmiş olmalıdır.

Əlavə olunub ki, müxtəlif media subyektləri formalaşdırdıqları brendinadından sui-istifadə halları ilə bağlı MEDİA Agentliyinədəfələrlə müraciətlər etmiş və bu istiqamətdə ciddiaddımların atılması ilə bağlı təkliflər irəli sürmüşlər. Bu amilinəzərə alaraq, qanuna təklif olunan dəyişikliyə əsasən, media subyektlərinin adları digər redaksiyaların adları iləeyni və ya oxşar olmamalı, onların adlarında ictimaiqaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləriyanılda bilən ifadələrdən istifadə edilməməlidir. Bu dəyişiklikmedia subyektlərinin həm reputasiyasının, həm də brendininmöhkəmlənməsinə töhfə verəcək.

Qanuna təklif olunan dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri nəzərə alınaraqirəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizininformasiya mühitinin qorunaraq, sağlamlaşdırılması, media brendinin və jurnalistin nüfuzunun artırılması, informasiyaməkanında hər hansı neqativ hallara qarşı mübarizədəcəmiyyətin tələblərini nəzərə alaraq dövləttənzimlənməsində həssaslığın artırılması, çevikliyin təminedilməsidir.

Seçilən
24
2
teleqraf.com

4Mənbələr