AZ

İki ayda 16 nəfər qarpızdan zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.

Bu barədə “Qafqazinfo”ya KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. 

O bildirib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb.

Seçilən
12
21
qafqazinfo.az

10Mənbələr