AZ

“Dövlətinə, millətinə, xalqına vicdanla xidmət edən polislərimizi ürəkdən təbrik edirəm”- Xalq artisti+ÖZƏL

Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə ölkəmizdə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilib. Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Xalq artisti, “Şöhrət” ordenli sənətkar Afaq Bəşirqızı da polis işçilərini peşə bayramları günü münasibət ilə təbrik edib.
 
Moderator.az-a açıqlama verən aktrisa bütün çətinliklərə baxmayaraq fəaliyyətlərini layiqincə yerinə yetirib, polis şərəfini hər şeydən üstün tutan bu peşə sahiblərini əsl qəhrəman adlandırıb:
 
“Bu gün polis işçilərinin peşə bayramı günüdür. Bu gün torpaq uğrunda canından keçmiş polislərimizin xatirə günüdür. Bu gün vətən və vətəndaşlarının, yaşından və dini mənsubiyyətindən asılı olmayaraq, hamının təhlükəsizliyini həyatı və sağlamlığı hesabına qoruyan vətən övladlarımızın günüdür. Şərəfli peşə sahibləri olan polislərimizin günüdür. Birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş polislərimizin ruhu qarşısında baş əyirik. Dövlətinə, millətinə, xalqına vicdanla xidmət edən polislərimizi ürəkdən təbrik edir, Tanrı sizləri qorusun deyirik” deyə o bildirib.
 
Biz də öz növbəmizdə bütün polis işçilərini Moderator.az olaraq ürəkdən təbrik edirik.
Seçilən
33
moderator.az

1Mənbələr