AZ

Xüsusi icra məmurlarının vergi uçotu, palata üzvlüyü və icraat qaydaları yenilənir

BAKI, 2 iyul. TELEQRAF

Xüsusi icra məmurlarının vəzifələri müəyyənləşir.

Teleqraf xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, xüsusi icra məmurunun "İcra haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə yanaşı, aşağıdakı vəzifələri vardır:

- Reyestrə daxil edildiyi gündən 3 (üç) iş günü müddətində ofisinin yerləşdiyi yer üzrə vergi orqanına uçota alınmaq üçün müraciət etmək;

- Palataya üzvlük haqqını ödəmək

- bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, icra sənədlərini

- qebul etmək və icraatına başlamaq;

- icraatın gözlənilən xərcləri barədə tərəflərə dolğun məlumat vermək;

-icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək;

- İcra hərəkətlərini qanunda və icra sənədində nəzərdə tutulmuş qaydada və üsullarla nəyata keçirmək;

- icra icraatında iştirak edən şəxslərə onların hüquq və vəzifələrini, həyata keçirilən icra hərəkətlərinin hüquqi nəticələrini izah etmek;

- "Elektron icra informasiya sistemində icra sənədlərinin qeydiyyatını aparmaq, barəsində icra hərəkətləri həyata keçirilən əmlakın uçotunu aparmaq, icra İcraatı ilə bağlı qərarları, aktları, protokolları və digər sənədləri həmin sistemə daxil etmək;

- icra icraatı ilə bağı sənədləri "Elektron icra informasiya sisteminda hazırlamaq və göndərmək;

- fəaliyyətinin monitorinqi, yoxlanılması ve ya barəsində başlanmış intizam icraatı ilə əlaqədar tələb olunan məlumatları, o cümlədən icra işlərini təqdim etmek;

- xüsusi icra məmurlarının etik davranış qaydalarının tələblərinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) metodiki tövsiyələrinə riayət etmək;

- qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmek. 23.2. Xüsusi icra məmuru, xüsusi icra məmurunun köməkçisi və digər işçiləri şəxsi, ailə, dövlət, peşə, həkim, bank, sığorta, kommersiya və ya vergi sirrini təşkil edən, habelə qiymətli kağız mülkiyyətçilərinə dair melumatların, həmçinin digər konfidensial informasiyanın və peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatların qorunmasını hər zaman təmin etməlidir (bu Qanunun 23.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla).

-Xüsusi icra məmuru icra hərəkətləri ilə əlaqədar olan məlumatları yalnız xeyrinə və ya barəsində icra hərəkətləri həyata keçirilmiş şəxslərə, onların vərəsələrinə və ya nümayəndələrinə bildirə bilər. Xeyrinə və ya barəsində icra hərəkətləri həyata. keçirilmiş şəxslər, onların vərəsələri və ya nümayəndələri öz yazılı razılığı ilə xüsusi icra memurunu həmin məlumatların sirrini saxlamaq vəzifəsinder azad edə bilər. Xeyrinə və ya barəsində icra hərəkətləri həyata keçirilmiş şəxsin vərəsəsi olmadıqda ve ya peşə fəaliyyəti ilə əlaqədar xüsusi icra məmuruna qarşı cinayət işi qaldırıldıqda xüsusi icra məmuru məhkəmənin qərarına əsasən belə məlumatların sirrini saxlamaq vəzifəsindən azad edilə bilər.

Seçilən
7
50
teleqraf.com

10Mənbələr