AZ

Xüsusi İcra Məmurlarının Palatası YARADILACAQ

Xüsusi İcra Məmurlarının Palatası yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin iyulun 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Xüsusi icra məmurları haqqında" qanun layihəsində əksini tapıb.
 

Qanun layihəsinə əsasən, Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir.


Palata xüsusi icra məmurlarının üzvlüyü əsasında yaradılır və qeyri-kommersiya hüquqi şəxsidir.

Həmçinin xüsusi icra məmurlarının özünüidarəsi qanunçuluq, şəffaflıq, hesabatlılıq, obyektivlik, ədalətlilik və özünüidarə orqanının qərarlarının xüsusi icra məmurları üçün məcburiliyi prinsiplərinə əsaslanacaq.

Bizim.Media

Seçilən
30
50
bizim.media

10Mənbələr