AZ

ABŞ Zəngəzur dəhlizinin monitorinqi üçün Amerika operatorunun tətbiqini təklif edib

ABŞ Zəngəzur dəhlizinin monitorinqi üçün Amerika operatorunun tətbiqini təklif edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Carnegie Politika”-nın məqaləsində deyilir.

Qlobal münaqişələri həll etmək üçün səylərini nümayiş etdirmək istəyən Tramp administrasiyasının dəhliz boyunca yük tranzitinin idarə edilməsi və monitorinqinin Amerika şirkətinə həvalə ediləcəyi plan təqdim etdiyi bildirilir.

Bu yanaşma Rusiyanı danışıqlar prosesindən və dəhlizin həyata keçirilməsindən kənarlaşdırır, lakin Azərbaycanın uzunmüddətli təhlükəsizlik zəmanətlərinə ehtiyacını ödəyəcək və Ermənistanın marşrut üzərində suverenliyini qoruyacaq.

ABŞ bununla bağlı ehtiyatla nikbindir: “Ola bilsin ki, prezident Tramp hətta buna görə Nobel mükafatı da alsın”, – məqalə müəllifləri amerikalı məmurdan sitat gətirirlər.

Ermənistan Xarici İşlər Nazirliyi Donald Tramp administrasiyasının Zəngəzur dəhlizi ilə bağlı təklifi ilə bağlı yayılan xəbərləri təkzib etməyib.

XİN-in mətbuat katibi Ani Badalyan ABŞ-ın amerikalı biznes nümayəndələrinin iştirakı ilə Zəngəzur marşrutunu bağlamaq planları barədə məlumatı şərh edərkən qeyd edib ki, beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir.

Almaz Həsənli

Seçilən
26
50
oxumeni.az

10Mənbələr