AZ

Bu məhsullar 50 faiz bahalaşacaq - SİYAHI

2035-ci ilə qədər alkoqol, siqaret və şirniyyatların qiymətləri ən azı 50% artırılmalıdır. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarında qeyd olunub.

 

Təşkilatın ekspertlərinin fikrincə, bu tədbir xroniki xəstəliklərin inkişafının qarşısını alacaq və ölkələrə büdcə gəlirləri yaratmağa kömək edəcək. 

 

ÜST bütün dünyada qeyri-infeksion xəstəliklərin artmasından narahatdır ki, bu da səhiyyə sistemlərini gərginləşdirir. Təşkilat qeyd edir ki, bütün dünyada ölüm hallarının 75%-nin səbəbi qeyri-infeksion xəstəliklər, o cümlədən ürək xəstəlikləri, xərçəng və diabetdir.

 

ÜST qeyd edib ki, spirtli içkilərin, siqaretlərin və şirniyyatların qiymətlərinin artırılması növbəti 50 il ərzində 50 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər.


Firuzə Əliyeva
Sfera.az


 

Seçilən
11
29
sfera.az

10Mənbələr