AZ

Lənkəran sakini arvadına xəsarət yetirib, sonra özünü öldürüb - YENİLƏNİB

İyunun 3-də saat 14:30 radələrində Lənkəran rayonunun Biləsər kəndində baş vermiş hadisə nəticəsində 1 nəfər (qadın cinsli) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi Təcili yardım şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 1 nəfərin isə (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

13.50

Lənkəranda ər həyat yoldaşına xəsarət yetirib, sonra özünü öldürüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Biləsər kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Rəcəbov ailə münaqişəsi zəminində həyat yoldaşını, 1978-ci il təvəllüdlü Gülşən Həsənovanı ağacla döyərək xəsarətlər yetirib. Daha sonra o, boğazını kəsərək özünü öldürüb.

Qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
13
7
apa.az

10Mənbələr