AZ

Klopp: "Jota və qardaşının ölümünü eşidəndə sarsıldım"

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "Liverpul"un hücumçusu Dioqo Jota və qardaşının ölüm xəbərinə münasibət bildirib.

Operativ Media xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib.

"Bu, mənim üçün dözməsi çox çətin bir anıdır! Bunun daha böyük bir mənası olmalıdır! Amma mən onu görə bilmirəm! Diogo və onun qardaşı Andre haqqında xəbəri eşidəndə sarsıldım. Diogo təkcə möhtəşəm futbolçu deyil, həm də əla dost, sevən və qayğıkeş ər, ata idi! Səni üçün çox darıxacağıq! Dualarım, düşüncələrim və bütün gücüm Rutaya (Jotanın həyat yoldaşı), uşaqlara, ailəsinə, dostlarına və onları sevən hər kəsədir! Hüzur içində yat, əzizim", – deyə Klopp qeyd edib.

Qeyd edək ki, İyulun 3-də İspaniyanın Zamora əyalətində 28 yaşlı Jota və onun 26 yaşlı qardaşı Andrenin avtomobil qəzasında ölüb . Təkərin partlaması səbəbindən futbolçu idarəetməni itirib, bundan sonra avtomobil çuxura düşüb və yanıb.

2020-ci ildən çıxış etdiyi “Liverpul”un tərkibində portuqaliyalı İngiltərə çempionu olub, Ölkə Kubokunu və İngiltərə Liqa Kubokunu (iki dəfə) qazanıb.

Jota əvvəllər "Vulverhempton", "Atletiko Madrid", "Portu" və Paços de Ferreyranın şərəfini qoruyub.

Seçilən
23
22
operativmedia.az

10Mənbələr