AZ

Gücünü göstərən yanğın: Krit adasında oteller iki həftəlik dayanacaq

Yunanıstanın Krit adasında güclü meşə yanğını səbəbindən təxminən 5 min turist otellərdən təxliyə edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İerapetranın otel sahibləri assosiasiyasının prezidenti Yorqos Çarakis Radio Lasithi radiosuna məlumat verib.

“Bu bölgədən, əsasən otellərimizdə qalan xarici turistlər olmaqla, təxminən 5 min nəfər təxliyə olunub,” — deyə Tsarakis bildirib.

O əlavə edib ki, otellərin normal fəaliyyətə qayıtması təxminən iki həftə vaxt aparacaq, buna görə də bəzi rezervasiyalar müvəqqəti dayandırıla bilər.

Kritdəki meşə yanğını 3 iyul tarixində başlayıb. Yanğınsöndürmə işlərinə 230 xilasedici, 46 texnika, həmçinin pilotsuz uçuş aparatları və vertolyotlar cəlb olunub. Yanğın İerapetradan bir neçə kilometr uzaqlıqda ağaclara, kənd təsərrüfatı torpaqlarına və yaşayış evlərinə ziyan vurub.

Seçilən
12
21
nocomment.az

10Mənbələr