AZ

Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilibVİDEO

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Aşura günü qanvermə aksiyası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, aksiya 30 şəhər və rayonu əhatə edib.

İlahiyyat İnstitutunda da qanvermə aksiyası təşkil olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, ildən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı dini icmaların nümayəndələri də Aşura günü qan veriblər.

Azərbaycanın Qarabağda dini ayrı-seçkilik etmədən bütün dini abidələri bərpa etdiyini bildirən şeyxülislam İrəvan qazılığından da danışıb.

Qeyd edək ki, Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub. Toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
6
xezerxeber.az

10Mənbələr