AZ

MOİK dəyişir, hədəfləri böyüyür ordu klubu Premyer Liqaya qayıtmaq istəyir

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İlk dəfə 1995/96-cı il mövsümündə OİK adıyla yüksək dəstəyə ayaq açan ordu klubu bu illər ərzində aşağı liqaya düşüb, yenidən elitaya qalxıb. Amma artıq xeyli vaxtdır ki, Premyer Liqa iştirakçısı deyil. 

Müdafiə Nazirliyi MOİK-i yenidən qurmaq qərarına gəlib. Hədəf Premyer Liqadır. Məqsədə çatmaq üçün yaxşı büdcə ayrılıb. Baş məşqçi postuna U-17 millimizin çalışdırıcısı İlham Yadullayev dəvət olunub. 

Rəhbərlik də anlayır ki, birdən-birə Premyer Liqaya qayıtmaq çətindir. Bunun üçün imkanlı "Şəfa", Premyer Liqa təcrübəsi olan "Səbail", yaxşı maddiyyata malik "Baku Sporting", "Mingəçevir" kimi klublarla mübarizə aparmaq lazım gələcək. 

Nazirlik komandası bu mövsüm əsasən həqiqi hərbi xidmət yaşı çatmış istedadlı futbolçularla güclənməyi, onlarla yanaşı səviyyəli təcrübəli futbolçuları heyətə cəlb etmək niyyətindədir. 

Bu mövsüm döyüşkən komanda yaratdıqdan sonra isə gələn sezon Premyer Liqaya çıxmağı şərt qoyacaqlar məşqçilər korpusunun qarşısına. 

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
16
sportal.az

10Mənbələr