Döşəmə yumaq bir çoxları üçün yorucu işdir – vedrə daşımaq, su dəyişmək, dəfələrlə əyilmək. Lakin peşəkar təmizləyicilər bu prosesi daha sürətli və rahat həyata keçirən sadə üsuldan istifadə edirlər.
News24.az xəbər verir ki, metodun mahiyyəti sadədir. hər otaq üçün ayrı mop əlavəsi (nozzle) istifadə olunur. Onlar öncədən xüsusi məhlulda isladılır – 2-3 sm suya yarım xörək qaşığı yumşaldıcı əlavə edilir. Bu, döşəməyə parıltı və antistatik effekt verir.
Mopun ucu dəyişdirilir, hər otaq üçün ayrı nozzle istifadə olunur – beləliklə, vedrəyə ehtiyac qalmır və su dəyişmək lazım olmur. Təmizlik bitdikdən sonra bütün əlavələr yuyulub qurudulur və növbəti istifadəyə hazır vəziyyətə gətirilir.
Bu üsul təmizliyi ikiqat sürətləndirir, fiziki yükü azaldır və profesionalların sirrini evdə asanlıqla tətbiq etməyə imkan verir.
Aqil