AZ

DİM təhsil haqqına düzəliş etdi

Jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) - Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.

Bu varədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.

Bakalavarların nəzərinə çatdırırıq ki, magistraturaya ixtisaslaşma seçimi 7 – 13 iyul tarixlərində həyata keçiriləcək.

«Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal

Seçilən
13
50
unikal.az

10Mənbələr