GƏNCƏ, 6 iyul. TELEQRAF
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2004-cü il təvəllüdlü İlham Mehdiyevi avtomobil vurub.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.