AZ

Keniyada yeni etirazlar gözlənilir

Stokholm, 7 iyul, Nərgiz Cəfərli, AZƏRTAC

Bu gün Keniya¬da polis zorakılığına və korrupsiyaya qarşı yeni etiraz dalğası gözlənilir.

AZƏRTAC xəbər verir ki, suahili dilində “yeddi yeddi” mənasını verən 7 iyul tarixi (Saba Saba) ənənəvi olaraq keniyalılar tərəfindən vətəndaş narazılığını ifadə etmək üçün istifadə olunur. Bu il aksiyalara “Z” nəslinin gəncləri çağırır.

Etiraz aksiyaları hakimiyyətin vergiləri artırmaq cəhdləri və hüquq-mühafizə orqanlarının artan zorakılığı fonunda keçirilir. Yeni aksiyadan cəmi iki həftə əvvəl baş verən etirazlarda 19 nəfər həyatını itirib.

Bu günlərdə naməlum silahlı şəxslər Keniya İnsan Hüquqları Komissiyasının binasına hücum ediblər. Həmin binada polisə təmkinli davranmağa çağıran mətbuat konfransı keçirilirdi.

Cinayətkarlar iştirakçıları qarət edərək onları etiraz aksiyalarını təşkil etməkdə ittiham ediblər.

Son vaxtlar etirazlarda getdikcə daha çox mülki geyimdə, aqressiv davranan kişilər görünür. Onların polislə əlaqəli olduqları ilə bağlı şübhələr ortaya çıxıb. Bu şəxslər vəziyyəti gərginləşdirir və zorakılığı qızışdıraraq hüquq-mühafizə orqanlarının sərt tədbirlərini əsaslandırmağa çalışırlar.

Keniyada 7 iyul etirazı xalqın narazılığının növbəti təzahürü və hakimiyyətin vətəndaşların mövqelərini dinc yolla ifadə etmək hüququna hörmət edib-etməyəcəyinin yoxlanışı olacaq.

Seçilən
12
27
azertag.az

10Mənbələr