AZ

Yolda dayanan avtomobil qəzaya səbəb olubVİDEO

Nasazlıq səbəbi ilə yolda qalan avtomobil qəzaya səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi paytaxtın Sabunçu rayonu, aeroport şosesində baş verib. Qəza anı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin kametalarına düşüb. Avtomobillərdən biri texniki nasazlıq səbəbindən yolun orta zolağında dayanıb. Yalnız qəza dayanma işıqlarını yandıran sürücü digər təhlükəsizlik tədbirləri görmədiyindən arxadan gələn nəqliyyat vasitəsi ona çırpılıb.

Nəqliyyatı İntellektual İdarəemtə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov deyib ki, belə hadisələr bəzi sürücülərin təhlükəsizlik qaydalarına ciddi əməl etməməsindən olur. 

Qeyd edək ki, xüsusən də hərəkətin intensiv olduğu küçə və prospektdə belə hadisələr zamanı uzun sıxlıqlar da yaranır.

Qaydalara əsasən avtomobil ərazidən evakuasiya edilənə qədər qəza dayanma nişan ərazidən götürülməməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
31
16
xezerxeber.az

10Mənbələr