Ukrayna ordusu “Şahid” kamikadze pilotsuz təyyarələri üçün döyüş başlıqları istehsal edən Rusiyanın Krasnozavodsk Kimya Zavoduna hava hücumu edib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin bölmələri tərəfindən Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq çərçivəsində hava hücumu həyata keçirilib.
Krasnozavodsk şəhəri ərazisində silsilə partlayışlar qeydə alınıb. Bundan sonra qonşu yaşayış məntəqələrində yanğınsöndürən maşınlar hərəkətə başlayıb.
Baş Qərargah bildirib ki, hücumun nəticələri dəqiqləşdirilir.