AZ

Kəlbəcərdə hərbiçilərimiz qəzaya düşdü

KƏLBƏCƏR, 8 iyul. TELEQRAF

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Sürücü “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. İlkin məlumata görə hadisə zamanı iki nəfər xəsarət alıb

Bildirilir ki, sürücü 1980-ci il təvəllüdlü Xaliq Quliyev, Kəlbəcər rayonunun İstisu qəsəbəsi yaxınlığında idarə etdiyi "UAZ" markalı avtomobili idarəetməni itirməsi səbəbindən aşırıb, özü və həmin hərbi hissənin hərbi qulluqçuları Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir.

Seçilən
30
12
teleqraf.com

10Mənbələr