Psixoloq Evgeniya Pimenovanın sözlərinə görə, psixi sağlamlıq yalnız emosional tarazlıq deyil, həm də insanın dəyişikliklərə uyğunlaşma, əlaqələr qurma, streslə mübarizə və həyatın mənasını dərk etmə bacarığıdır.
E-saglam.az xəbər verir ki, sağlam psixika insanın həm şəxsi, həm də peşə həyatına birbaşa təsir edir.
Psixi sağlamlığın pozulduğunu necə anlamaq olar?
Yuxu və iştaha problemləri
Apatiya, narahatlıq, əsəbilik
Yaddaş və diqqət pozuntuları
Sosial təcrid və insanlarla ünsiyyət çətinliyi
Risk faktorları
Genetik meyl, uşaq yaşda travmalar, ailə mühiti, sosial təcrid, zorakılıq, yoxsulluq, ekoloji amillər – bunların hamısı psixi sağlamlığı poza bilər.
Özünüzə necə kömək edə bilərsiniz?
Keyfiyyətli yuxu və balanslı qidalanma
Emosiyaları tanımaq və ifadə etmək
Günlük rutinə əməl etmək
Hisslərinizi yazmaq, hobbilərlə məşğul olmaq
Sərhədlərinizi qorumaq və "yox" deməyi öyrənmək
Psixoloji dəstək almaqdan çəkinməmək
Pozitiv düşüncəni və kiçik sevincləri dəyərləndirmək də psixi sağlamlığın qorunmasında mühüm rol oynayır.
Tərcümə: Könül Oruc
E-saglam.az