AZ

Azərbaycanda Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçiriləcək

Bakı.Trend:

İyulun 12-də Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqınıntəşkilatçılığı və Türk Dövlətləri Təşkilatının dəstəyi ilə ŞahdağTurizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortlarıİttifaqının 1-ci sammiti keçiriləcək.

Trend xəbərverir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Sammitdə Türk Dövlətləri Təşkilatının və Dövlət TurizmAgentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyəvə Qırğızıstan Respublikalarının dağ kurortlarının rəhbərləri vənümayəndələri iştirak edəcəklər.

Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminininkişafına dair müxtəlif mövzulara həsr olunan panel müzakirələr vətəqdimatlar təşkil olunacaq.

Bununla yanaşı tədbirin ikinci günü Türkdilli Dövlətlərdən, ocümlədən bir sıra Avropa ölkələrindən qatılan 600 -ə yaxın həvəskaratletin iştirakı ilə müxtəlif məsafələr üzrə Qaçış Festivalı(RunnigFest) təşkil olunacaq.

Seçilən
45
12
az.trend.az

10Mənbələr