İranın nüvə proqramını tamamilə məhv etmək üçün amerikalılar 2003-cü il İraq kampaniyasından nümunə götürərək ölkəyə quru işğalı təşkil etməli olacaqlar...
Poliqon xəbər verir ki, bunu NATO-nun keçmiş admiralı və Bloomberg-in köşə yazarı Ceyms Stavridis deyib.
"Biz hamımız bilirik ki, İraq diktatoru Səddam Hüseynin nüvə silahı proqramı olmayıb. Amma paradoksal olaraq, onun tapılması əməliyyatı məqsədə çatmaq baxımından hərbi uğur hesab edilməlidir. Bu səylər İranda nüvə silahı üzrə tədqiqat proqramlarını tamamilə məhv etmək üçün nəyin lazım olduğu barədə təsəvvür yaradır", deyə o yazıb.
"İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdə tərəflər konsensusa gəlib: İranın heç bir halda nüvə silahına malik olmasına icazə verilməməlidir", deyə hərbi zabit xatırladıb.
Onun fikrincə, İsrail çox güman ki, uran ehtiyatlarını və avadanlıqlarını tapmaq və məhv etmək, habelə aparıcı alimləri öldürmək üçün daha çox zərbələr endirmək istəyir. Stavridis deyib ki, Tramp çox güman ki, böhranın diplomatik və iqtisadi həllini axtararaq gərginliyin qarşısını almaq istəyir.
Poliqon.info