“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Napoli”futbolçunun xidmətində maraqlıdır. İtaliya klubu argentinalı futbolçu üçün 52 milyon avro xərcləməyə hazırdır. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qarnaçonun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
20 yaşlı vinger 2024/25 mövsümündə bütün turnirlərdə 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.