AZ

Qarabağdan Yaxın Şərqə: Azərbaycan enerji strategiyası ilə yeni nizam qurur - TƏHLİL

Azərbaycanın zəfərlə möhkəmlənən siyasi çəkisi artıq sərhədləri aşır.

Paytaxt Bakıya edilən hər bir rəsmi səfər ölkəmizə olan siyasi etimadın və onun regional nüfuzunun açıq ifadəsidir. Suriyanın keçid dövrü Prezidenti Əhməd Əş-Şaraanın iyulun 12-də Azərbaycana gəlməsi də məhz belə bir etimadın təzahürüdür. Bu səfər təkcə iki ölkə arasında münasibətlərin genişlənməsi yox, həm də Yaxın Şərqdə dəyişən geosiyasi dinamikada rəsmi Bakının yeni mövqeyinin qəbul olunması prizmasından dəyərləndirilməlidir.

Suriyada hakimiyyət dəyişikliyindən sonra bu dövlətin ərazi bütövlüyünə və suverenliyinəıq dəstək verən ilk dövlətlərdən biri Azərbaycandır. Prezident İlham Əliyevin bu yanaşması Bakını bölgədə həm dəədalətli və etibarlı tərəfdaş statusuna yüksəldib.

Azərbaycanın Suriya ilə bağlı ilk siyasi mesajları hələ Antaliyada keçirilən beynəlxalq forumda İlham Əliyev vəƏhməd Əş-Şaraa arasında gerçəkləşən görüş zamanı verildi. Bu görüşün ardınca dövlət başçısının tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti və Xarici İşlər Nazirliyinin rəsmiləri Suriyaya səfər etdi. Həmin görüşlərdə konkret mövzular üzrəəməkdaşlıq imkanları araşdırıldı, bərpa-quruculuq, enerji, regional inteqrasiya və digər məsələlər geniş müzakirə olundu.

Şübhəsiz ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya yenidənqurulma və inkişaf üçün real imkanlar və güclü dəstək axtarışındadır. Bu proses həm ölkənin dağıdılmış infrastrukturunu bərpa etmək, həm də siyasi və sosial sabitliyi təmin etmək məqsədi daşıyır. Suriyada uzun illər boyu yaşanan münaqişələrin gətirdiyi dağıntıları aradan qaldırmaq və regionda davamlı sülhün təmin olunması üçün beynəlxalq dəstək və tərəfdaşlıqlar böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, ölkənin iqtisadiyyatının bərpası və sosial-iqtisadi sahədə islahatların həyata keçirilməsi Suriya üçün yeni inkişaf mərhələsinin təməlini təşkil edir.

Azərbaycan bu gün dünyada azsaylı dövlətlərdəndir ki, müharibədən sonra öz ərazisini sıfırdan bərpa edir və bunu müasir texnologiyalar, ağıllı yanaşmalar və milli planlaşdırma ilə həyata keçirir. Azad edilmiş Qarabağ torpaqlarında inşa olunan “ağıllı kəndlər”, "yaşıl enerji" zonaları və nəqliyyat infrastrukturu artıq nümunəyə çevrilib. Əlbəttə, dövlətimizin bu təcrübəsi Suriya üçün də nümunə ola, onun yenidənqurulma prosesinə uyğunlaşdırıla bilər. Bu gün Azərbaycanın dünyadakı yanaşma və mövqeyi bərabərhüquqlu tərəfdaşlıq modelidir.

Ölkəmiz artıq təkcə Cənubi Qafqazın yox, Avrasiya məkanının yeni siyasi nizamına töhfə verən güc mərkəzlərindən biridir. Xüsusilə Prezident İlham Əliyevin müstəqil, qətiyyətli və balanslı siyasəti nəticəsində ölkəmiz şərq-qərb, şimal-cənub oxlarında körpü olmaqla yanaşı, Yaxın Şərqdə də etibarlı oyunçu statusu qazanıb.

Azərbaycanın İsrail-Suriya və Türkiyə-İsrail münasibətlərində “qaynar xətt diplomatiyası” çərçivəsində səssiz, lakin effektiv vasitəçilik göstərməsi artıq region ölkələri tərəfindən də qəbul edilir. Bu, səs-küysüz diplomatiyanın, siyasi etimadın və dərin strateji yanaşmanın bariz ifadəsidir.

Bu gün Suriya ciddi enerji problemi ilə üzləşib. Əhməd Əş-Şaraanın səfəri çərçivəsindəəsas müzakirə mövzularından biri də Azərbaycan qazının Suriya bazarına çıxarılması məsələsi oldu. Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında imzalanan Anlaşma Memorandumu iki ölkə arasında enerji sahəsindəəməkdaşlığın genişlənməsi üçün strateji baza, praktiki əməkdaşlığın isə təməl platforması rolunu oynayacaq.

Çünki Azərbaycan Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olan bir dövlətdir. Şübhəsizdir ki, əş-Şaraanın Bakı səfəri Dəməşqin regionda enerji təhlükəsizliyi, əməkdaşlıq və iqtisadi inteqrasiyası baxımından strateji məna kəsb edir. Bir çox Avropa ölkələri ilə enerji sahəsində artıq strateji tərəfdaşlığa çatan Azərbaycan indi enerji xəritəsini Yaxın Şərqə doğru genişləndirir. Bu həm enerji diplomatiyasının coğrafiyasını böyüdür, həm də dövlətimizin enerji resurslarının siyasi gücə çevrilməsində yeni imkanlar yaradır.

Suriya Prezidentinin səfəri diplomatik münasibətlərdə dəəhəmiyyətli dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Bu səfər iki ölkə arasındakıəlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının açılması baxımından mühüm məqamdır.

Əhməd Əş-Şaraanın Bakıya gəlişi bir daha onu göstərdi ki, Azərbaycan bu gün sabitlik, dirçəliş vəəməkdaşlıq platforması kimi qəbul olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq çəkisi günü-gündən daha çox dəstək qazanır. Əgər bir dövlət münaqişəni zəfərlə bitirib, sabitliyi qurub və indi başqasına bu sabitliyi təqdim edə bilirsə, o, artıq regional oyunçu deyil, qlobal aktordur.

Azərbaycan diplomatiyası bu gün sakit danışır, amma hamı eşidir. Təbliğatsız görünür, amma hər yerdə hiss olunur. Dövlətimizin siyasi iradəsi həm müzakirələrdə, həm də nəticələrdə görünür.

Çünki siyasətdəən yüksək mərhələ güc göstərmək deyil, gücə ehtiyac olmadan yön verməkdir. Və indi bu səssiz gücün adı Azərbaycandır.

Seçilən
10
50
teleqraf.com

10Mənbələr