AZ

Gəncədə üç avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ-21011”, “VAZ-2107” və “KIA” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
5
apa.az

10Mənbələr