AZ

Tramp Ukraynanın çoxdan gözlədiyi qərarı bu gün verəcək

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Kiyev üçün hücum silahlarını da əhatə edə biləcək yeni silah tədarükü planını açıqlayacaq.

Publika.az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Prezident Trampın bazar ertəsi Ukraynanın silahlanmasına dair yeni planı açıqlayacağı gözlənilir ki, bu plana hücum imkanları da daxil ola bilər... Uzaqmənzilli raketlər çox güman ki, planın bir hissəsi olacaq”, – jurnalist adının çəkilmədiyi mənbələrə istinadən bildirib.

Bundan əvvəl Tramp qeyd edib ki, ABŞ Ukraynaya “Patriot” sistemləri və müxtəlif hərbi texnikalar təhvil verəcək və bunun xərcləri Ukrayna tərəfi tərəfindən tam ödəniləcək.

Seçilən
104
50
publika.az

10Mənbələr