Bakı. Trend:
Azərbaycan-Suriya münasibətləri uzun illərdir ki, dondurulmuşvəziyyətdə idi. Əsəd rejiminin dövründə rəsmi Dəməşqin Azərbaycanınərazi bütövlüyünə laqeyd münasibəti, xüsusilə Ermənistanla yaxınəlaqələri münasibətləri soyutmuşdu. Lakin Suriyada baş verən sonsiyasi transformasiyalar, yeni keçid hakimiyyətinin formalaşması vəonun regional siyasətə yeni baxışı fonunda Azərbaycanlamünasibətlərin bərpası prosesi start götürüb. Bu baxımdan, iyulun12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıyaişgüzar səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkə arasındamünasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunugöstərir.
Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.
"Əslində, Azərbaycanla Suriya arasında diplomatik münasibətlər1992-ci ildə qurulub. Lakin 2000-ci illərin ortalarından etibarənSuriya hakimiyyətinin Ermənistanla hərbi və siyasi yaxınlaşması,xüsusilə də Qarabağ məsələsinə dair qeyri-obyektiv mövqeyi Bakıdaciddi narazılıq doğururdu. Əsəd rejimi həm diplomatik kanallarda,həm də BMT çərçivəsində Azərbaycanın maraqlarını nəzərə almadanaddımlar atırdı. Nəticədə, 2010-cu illərin əvvəllərindəmünasibətlər faktiki olaraq donduruldu, səfirliklər qeyri-aktivrejimə keçdi, siyasi dialoq tam dayandı. Suriyada vətəndaşmüharibəsinin başlanması, ölkədə sabitliyin itirilməsi və Əsədinlegitimliyinin qlobal mübahisə mövzusuna çevrilməsi də BakınınDəməşqlə əlaqələrini uzun illər ərzində qeyri-funksional səviyyədəsaxladı", - o bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayından etibarənSuriyada keçid dövrü hakimiyyətinin formalaşması ilə bölgədə yenidinamika yaranmağa başladı.
"Bu rəhbərliyin əsas prioritetlərindən biri ölkənin xaricisiyasət kursunu yenidən tənzimləmək və bir sıra regional ölkələrləmünasibətləri normallaşdırmaq oldu. Məhz bu prosesin nəticəsiolaraq, Azərbaycanla ilkin diplomatik əlaqələrin bərpası təşəbbüsüirəli sürüldü. 2025-ci ilin əvvəlində Azərbaycanın Baş nazirininmüavini və Xarici İşlər Nazirliyinin rəhbərliyi səviyyəsindənümayəndə heyətinin Suriyaya rəsmi səfəri bu təşəbbüsün ilk ciddinəticəsi oldu. Səfər zamanı iqtisadi, enerji, mədəni və humanitarsahələrdə əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirəedildi", - o bildirib.
A.Qarayev qeyd edib ki, iyulun 12-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti ƏhmədƏl Şaraa arasında Bakıda keçirilən geniş və məhdud tərkibdəgörüşlər Azərbaycan-Suriya münasibətlərində əhəmiyyətli dönüşnöqtəsi kimi qiymətləndirilə bilər.
"Prezident İlham Əliyev görüşdə açıq şəkildə bildirdi ki,əvvəlki Suriya hökumətinin Azərbaycana qarşı qeyri-dost siyasətinəticəsində münasibətlərdə durğunluq yaranmışdı. Lakin yenihakimiyyətin mövqeyi, bu siyasətin dəyişdirilməsi və dostluqəlaqələrinin qurulması üçün səyləri yüksək qiymətləndirilir. ƏhmədƏl Şaraa öz növbəsində qeyd etdi ki, əvvəlki rejim ölkəni regionaltəcridə sürükləyib, Azərbaycanla da əlaqələr zədələnib.
Hazırkı keçid hökuməti isə bu səhvləri düzəltmək, ölkəni yenidənbeynəlxalq və regional əməkdaşlıqlara cəlb etmək niyyətindədir.Görüşdə müzakirə olunan əsas mövzulardan biri enerji əməkdaşlığıoldu. Suriyanın hazırda ciddi enerji böhranı yaşadığı, elektrikenerjisinə çıxışın son dərəcə məhdud olduğu, neft-qazinfrastrukturunun isə böyük hissəsinin sıradan çıxdığı vurğulandı.Bu konteksdə Prezident İlham Əliyev Azərbaycanın Suriyanın enerjitəhlükəsizliyinə real töhfə verə biləcəyini bildirdi. XüsusiləAzərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı məsələsigündəmə gətirildi. Bu layihənin həyata keçirilməsi, Suriya üçüntəkcə iqtisadi deyil, həm də humanitar əhəmiyyət daşıyır. Məhz buməqsədlə səfər çərçivəsində iyulun 12-də Azərbaycan RespublikasıDövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökumətiarasında Anlaşma Memorandumu imzalandı. Memorandumu SOCAR-ınMüşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov vəSuriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzaladılar. Bu sənədgələcək enerji əməkdaşlığının hüquqi və iqtisadi bazasını müəyyənedir", - o bildirib.
Onun sözlərinə görə, Suriyanın neft və qaz resursları, xüsusiləDeyr əz-Zor, Homs və Haseke bölgələrində yerləşən yataqları,illərdir davam edən vətəndaş müharibəsi nəticəsində ya sıradançıxıb, ya da nəzarətsiz qalıb.
"Münaqişədən əvvəl ölkə gündəlik 380-400 min barel neft hasilatıilə Yaxın Şərqdə mühüm enerji oyunçularından biri sayılırdı.Hazırda bu ehtiyatların bərpası və yenidən işlənməsi Suriyanıniqtisadi dirçəlişində həlledici rol oynaya bilər. Məhz bukontekstdə Azərbaycanın SOCAR vasitəsilə bu sahəyə cəlb olunmasıhəm texniki imkanlar, həm də investisiya baxımından real vəstrateji addım ola bilər.
Azərbaycanın Xəzər hövzəsində zəngin təcrübəyə malik olması vəpostmüharibə bölgələrində sürətli infrastruktur bərpası bacarığı,Suriyada enerji infrastrukturunun yenidən qurulması prosesində dətətbiq oluna bilər. Bu, Azərbaycanın yalnız təbii qaz ixracatçısıdeyil, həm də texnologiya və təcrübə daşıyıcısı kimi regionalstatusunu daha da möhkəmləndirər", - A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, görüş zamanı yalnız enerji və siyasətdeyil, həm də humanitar sahədə əməkdaşlıq məsələləri ətrafında dafikir mübadiləsi aparıldı.
"Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa vəquruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandıki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa vəquruculuq prosesinə öz töhfəsini verə bilər", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Suriya ilə bu yaxınlaşmasıtəsadüfi deyil.
"Suriya Yaxın Şərqdə əsas coğrafi oyunçulardan biridir.Bölgədəki sabitlik və enerji-logistika layihələrinin təhlükəsizliyiüçün Suriya ilə əməkdaşlıq zərurətə çevrilib. Eyni zamanda,Azərbaycanın müsəlman ölkələri ilə həmrəy siyasətinin bir hissəsikimi də bu yaxınlaşma təhlil edilə bilər. Bu proses həm dəAzərbaycanın beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Sonillərdə müxtəlif bölgələrdən ölkəyə yüksək səviyyəli səfərlərinartması, Bakı diplomatiyasının universal tərəfdaşlıq modelinəkeçdiyini göstərir", - o bildirib.
A.Qarayev qeyd edib ki, Əhməd Əl Şaraanın Bakıya səfəri təkcəprotokol xarakterli deyil, strateji xarakterli diplomatik hadisəidi.
"Prezident İlham Əliyevin regionda yüksələn lider statusu,Azərbaycanın iqtisadi və enerji imkanları, həmçinin, humanitartəşəbbüsləri Suriyanın yeni rəhbərliyi üçün mühüm tərəfdaşlıqimkanları açır. Azərbaycan isə bölgədə nüfuzunu genişləndirmək,sabitliyin qurulmasına töhfə vermək, həm də öz iqtisadi maraqlarınıreallaşdırmaq üçün Suriyanı yeni regional körpü kimi görür.Əlaqələrin daha da genişlənməsi, səfirliklərin açılması, iqtisadivə humanitar layihələrin reallaşması qarşıdakı aylarda Bakı-Dəməşqxəttində daha çox diplomatik fəallıq vəd edir", - politoloq əlavəedib.