Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.
Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir. Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.
Tarix: 16 İyul 2025, 19:45