Laçın rayonunun Zerti kəndi yaxınlığında yanğın olan ərazidə partlayış qeydə alınıb.
Partlayış keçmiş döyüş əməliyyatları aparılmış ərazidə baş verib.
Hazırda yanğının bir çox hissəsində alovun məhdudlaşdırılmasına nail olunub. Lakin mina və partlamamış döyüş sursatlarının olması ehtimal edilən sahədə yanğın davam edir. Əraziyə müvafiq texnika və canlı qüvvə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib. Faktla bağlı araşdırma aparılır.
Tarix: 17 İyul 2025, 07:13