Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Synergia Academy və TürkiyəninSabancı Universiteti (EDU) arasında əməkdaşlıq çərçivəsində həyatakeçirilən Beynəlxalq Mini MBA Proqramına start verilir.
Proqram beynəlxalq təcrübəyə əsaslanan, real biznes mühitindətətbiq oluna biləcək praktiki bacarıqları əhatə edən unikal tədrismodelidir. Mini MBA proqramı uzunmüddətli təhsil öhdəliyi olmadanbiznes sahəsində dərindən və effektiv şəkildə biliklərini artırmaqistəyən sahibkarlar, orta və yüksək vəzifəli mütəxəssislər üçünnəzərdə tutulub.
Proqramın tərkibi biznesin əsas istiqamətlərini əhatə edən 9moduldan ibarətdir. Təlimlər real bazar təcrübəsinə əsaslananyanaşma ilə təqdim olunacaq və iştirakçılara yeni şəbəkələşməimkanları, bilik və bacarıqlar qazandıracaq.
Tədris prosesi UNEC-in 3-cü tədris binasında (Murtuza Muxtarov194) əyani formatda keçiriləcək. Dərslər yerli və beynəlxalqtəcrübəyə malik peşəkarlar tərəfindən aparılacaq.
Karyerasını yeni mərhələyə daşımaq istəyənlər üçün bu proqraməvəzsiz fürsətdir.
Yerlər məhduddur. Son qeydiyyat tarixi 30 avqust 2025-ciildir.
Qeydiyyat üçün: [email protected]