"Karvan" klubu yeni transferini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, 2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək Yevlax təmsilçisi nigeriyalı hücumameyilli yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalayıb.

 25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Gavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.Karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 assistə imza atıb. 

Qeyd edək ki, "Karvan" daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva və Kayl Spensi heyətinə cəlb edib.