AZ

Azərbaycandakı bu şirkət də Aİ-nin sanksiyasına məruz qaldı

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ, həmçinin təsdiqlənmiş paket çərçivəsində Azərbaycan, Hindistan, Çin, BƏƏ və Sinqapurdan olan 18 şirkətə qarşı sanksiyalar tətbiq edib.

Belə ki, Çinin “Bellatrix Energy”, “Zhu Jiang Shipmanagement”, “ACE Electronic HK”, “Wuhan Global Sensor Technology” və “Shandong ODES Industry”, Hindistanın “Intershipping Services Hub Private” və “Nayara Energy”, Mavrikiyanın “Redbird Corporate Services” və “Sapang Shipping”, Sinqapurun “2Rivers PTE”, Azərbaycanın “Aqua Fleet Management”, BƏƏ-nin “Intershipping Services”, “Twister Shipmanagement”, “Admiral Group”, “Milavous Group”, “2Rivers DMCC”, “Monolink Group” və “Tarabya Logistics” şirkətləri sanksiyaya məruz qalıb.

Qeyd edək ki, Azərbaycanda sanksiyaya məruz qalan şirkət gəmi sahiblərini və idarəçiləri dünyanın hər yerindəki terminallar, etibarlı agentlər, təchizatçılar və xidmət təminatçıları şəbəkəsi ilə birləşdirir.

phrase_var_article.chosen
65
33
qafqazinfo.az

10phrase_var_article.sources