AZ

"Qalatasaray" Osimhenin transferi üçün "Napoli" ilə razılığa gəldi

Bakı. Trend:

"Qalatasaray" nigeriyalı hücumçu Viktor Osimhenin transferi iləbağlı İtaliya klubu "Napoli" ilə razılıq əldə edib.

Trend xəbər verirki, bu barədə məlumatı tanınmış jurnalist Ben Ceykobs yayıb.

Məlumata görə, "Napoli" "Qalatasaray"ın 75 milyon avrodəyərindəki təklifini qəbul edib və tərəflər arasında şifahirazılıq əldə olunub.

Qeyd edək ki, 26 yaşlı Osimhen ötən mövsüm icarə əsasında"Qalatasaray"da çıxış edib. O, 41 rəsmi oyunda 37 qol vurub və 8məhsuldar ötürmə edib. Forvardın çıxışı azarkeşlər və rəhbərliktərəfindən yüksək qiymətləndirilib.

Seçilən
127
28
az.trend.az

10Mənbələr