AZ

Prezidentin köməkçisi: Süni intellektin imkanlarının dəyərləndirilməsi Azərbaycan mediası üçün olduqca vacibdir

ŞUŞA, 20 iyul. TELEQRAF

Bu gün süni intellektin media sahəsinə təsiri geniş müzakirə mövzusuna çevrilib. Artıq bu təsirin qaçılmaz olduğu hər kəs tərəfindən qəbul olunur.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, süni intellektin gələcəkdə insan faktorunu tam əhatə edib-etməyəcəyi hələ açıq sual olaraq qalır.

“Bəşər tarixində ilk dəfədir ki, insan beynindən kənarda düşünə bilən bir platforma meydana çıxıb. Süni intellekt böyük həcmdə informasiyanı qəbul edir və qərar qəbul etmə bacarığına malikdir. Məhz buna görə də süni intellektin öyrənilməsi və onun media sahəsindəki imkanlarının dəyərləndirilməsi Azərbaycan mediası üçün olduqca vacibdir”-, H.Hacıyev bildirib.

Seçilən
67
50
teleqraf.com

10Mənbələr