AZ

Azərbaycan Voleybol Federasiyası 90deqiqe.Az-ı təltif edib - FOTOLAR

Azərbaycan Voleybol Federasiyası (AVF) 22 İyul — Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş təşkil edib.

90deqiqe.Az xəbər verir ki, tədbir zamanı AVF idman mediasına göstərdiyi dəstəyə görə bir sıra media qurumlarını təltif edib.

Təltif olunanlar arasında “90deqiqe.Az” saytı da yer alıb. Federasiya prezidenti Şahin Bağırov AVF-nin fəaliyyətini peşəkar şəkildə işıqlandırdığına görə “90deqiqe.Az”ın təsisçisi və direktoru Qasım Süleymanova xüsusi hədiyyə və təşəkkürnamə təqdim edib.

Şahin Bağırov çıxışı zamanı media nümayəndələrinin idmanın, o cümlədən voleybolun inkişafındakı rolunu yüksək qiymətləndirib:

“Bizim bir sıra idman tədbirlərində media mənsubları ilə görüşlərimiz olur. Lakin budəfəki görüşün formatı fərqlidir. Jurnalistlər Azərbaycan Voleybol Federasiyasının və digər idman qurumlarının tədbirlərini yüksək səviyyədə işıqlandırırlar. Keçirilən yarışların beynəlxalq arenaya çatdırılmasında medianın böyük rolu var. Bütün media nümayəndələrinin bayramı mübarək olsun”.

AVF-nin vitse-prezidenti, tanınmış mütəxəssis Faiq Qarayev də media nümayəndələrini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda federasiyanın son bir il ərzindəki fəaliyyətini və nailiyyətlərini əks etdirən videoçarx nümayiş olunub.

phrase_var_article.chosen
32
28
90deqiqe.az

10phrase_var_article.sources